“Ayntraxt” Bakıda azarkeşsiz qalacaq – Qadağa

13:24 18 Dekabr 2025

Çempionlar Liqası çərçivəsində “Ayntraxt”ın Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyunu üçün azarkeşlərinə bilet satılmayacaq.

Sitat.info xəbər verir ki, bu barədə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi qərar qəbul edib.

Bildirilib ki, buna səbəb Almaniya təmsilçisinin ötən tur “Barselona” ilə baş tutan səfər oyuunda priotexniki vasitələrdən istifadə etməsi olub.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.



Xəbər xətti