Şahin Şıxlinskinin məhkəməsi başladı

14:48 18 Dekabr 2025

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski və Səfərov qardaşlarının işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

 
Sitat.info xəbər verir ki, iclas qapalı keçirilib.
 
İclasda müttəhimlər və onların vəkilləri iştirak ediblər.
 
Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər.
 
Növbəti məhkəmə iclasının yanvar ayında keçiriləcəyi bildirilib. Andlılar məhkəməsi üçün kollegiyanın formalaşdırılmasının lazım olduğu qeyd olunub.
 
Qeyd edək ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.



Xəbər xətti