Böyük Britaniya Rusiyanın “Tatneft”, “RussNeft”, “RusNeftegaz” və “NNK-Oil” neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Sitat.info xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc olunan yenilənmiş sanksiya siyahısında məlumat verilib. Ümumilikdə 24 fiziki və hüquqi şəxsə məhdudiyyətlər qoyulub. Sanksiyalara məruz qalan qurumlar arasında “Tekstil-Service”, “ƏDV Factory”, BƏƏ-nin “Saphira Energy” şirkəti, Fərqanə Kimya Zavodu, eləcə də Özbəkistanın “Gelion Business Trade” və “Chemistry International” şirkətləri yer alır.
Qara siyahıya salınan şəxslər arasında Sergey Dobrinov, Andrey Paleviç, Çingiz Əliyev, Murtaza Əli Laxani və Rüstəm Muminovun adları var. Qərara əsasən, sanksiya siyahısına daxil edilən şirkətlərin Böyük Britaniyadakı bank hesabları dondurulacaq, fiziki şəxslərin isə ölkəyə girişinə qadağa qoyulacaq.