Türkiyədə hakimlər meydanı zirehli maşınlarla tərk etdi

17:00 18 Dekabr 2025

 

Türkiyə 2-ci liqasında keçirilən “Mardin 1969 Spor” – “Güzide Gebze Spor” oyununda ara qarışıb.

Sitat.info xəbər verir ki, matçın son dəqiqələrində qonaq komandanın vurduğu bərabərlik qoluna meydan sahibləri etiraz edib.

Onlar hakimin verdiyi 11 metrlik cərimə zərbəsinin yanlış olduğunu bildiriblər. Nəticədə qalmaqal yaranıb. Hakimlər isə meydanı zirehli maşınlarda tərk ediblər.

 

 
 
 



Xəbər xətti