Sabunçuda qəza oldu - Ölən var

10:00 19 Dekabr 2025

Bakı şəhərinin Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.
 
Sitat.info xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Bildirilib ki, qəza yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Müəyyən edilib ki, "Renault" markalı minik avtomobili aşıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
 
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.



Xəbər xətti