Bakıda ümidləri doğrultmayan Pato Braziliya millisində – Flaqmanın sabiq hücumçusu transfer oldu

10:20 19 Dekabr 2025

Braziliyanın ikinci divizionunda mübarizə aparan CRB klubu 2026 mövsümü üçün heyətini gücləndirmək adına Azərbaycan futbolsevərlərinə tanış olan braziliyalı hücumçu Gilyerme Patonun transferini rəsmən açıqlayıb.
 

Sitat.info tribunahoje.com saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “İnternasional” klubunun akademiyasında yetişib və 2022-ci ilin yanvarında Braziliya təmsilçisindən “Neftçi”yə transfer olunub. Pato Bakı klubunda 2022–2023 mövsümlərində çıxış edib, bütün turnirlər üzrə 30-dan çox oyunda meydana çıxmasına baxmayaraq cəmi 2 dəfə fərqlənib. “Neftçi”nin böyük ümidlərlə 5 illik müqavilə imzaladığı hücumçu sabit oyun nümayiş etdirə bilmədi. Gözləntiləri doğrultmadığı üçün 2023-cü ilin əvvəlində klubdan ayrıldı.

“Neftçi”dən sonra Pato karyerasını vətənində davam etdirərək “Ponte Preta”, “Kuyaba” və “Figueirense” klublarında forma geyinib. 2025-ci ildə isə “Mirassol” və “Amerika-MG”nin heyətində çıxış edən və müntəzəm oynamaqla formalaşan futbolçu Braziliyanın gənc milli komandasının heyətinə dəvət alıb. O, gələn ildən baş məşqçi Eduardo Barrokanın rəhbərliyi altında çıxış edəcək.



Xəbər xətti