Goranboyda qəza – İki yük maşını toqquşdu

11:36 19 Dekabr 2025

Fövqəladə Hallar Nazirliyinə (FHN) Goranboy rayonu, Goran qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 318-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, FHN-in məlumatına görə, dərhal hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə yerində məlum olub ki, “FORD” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. “FORD”un sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər 1990-cı il təvəllüdlü sürücü Qərib Cəfərovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Xəbər xətti