Ermənistan KTMT-də müttəfiq kimi qalır - Baş katib

12:00 19 Dekabr 2025

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olub və qalır, onun qurumda tam iştirakı üçün qapı açıqdır.

Sitat.info xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib.

"Ermənistan bizim müttəfiqimiz olub və qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Bunun üçün bütün ilkin şərtlər mövcuddur: biz inanırıq ki, Ermənistan xalqı Avrasiyada ortaq təhlükəsizlik məkanı yaratmaqda maraqlıdır. Bundan əlavə, noyabr ayında Ermənistan Xarici İşlər Nazirliyi respublikanın KTMT-dən çıxması məsələsinin müzakirə mövzusu olmadığı barədə bəyanat yayıb", - deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verərkən bildirib.

"Məlum olduğu kimi, Ermənistan Respublikası təşkilatdakı işini dayandırıb ki, bu da Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir. Bu, müstəqil və suveren bir dövlətin qərarıdır və heç bir başqa dövlət və ya təşkilat buna təsir edə bilməz", - KTMT-nin baş katibi əlavə edib.



Xəbər xətti