Putin Yeni ili onlarla qeyd edəcək

12:30 19 Dekabr 2025

“Rusiya Prezidenti Vladimir Putin Yeni ili yaxınlarının və doğmalarının əhatəsində qeyd edəcək”​. 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. 

Peskovun sözlərinə görə, Putin üçün Yeni il əsl ailəvi bayramdır. 

Kremlin nümayəndəsi həmçinin dövlət başçısının vətəndaşlara ənənəvi Yeni il müraciətinin hələ çəkilmədiyini bildirib. O, builki müraciətin də Kremlin divarları fonunda baş tutacağını deyib. 

Qeyd edək ki, Putin özü də dəfələrlə Yeni ili evdə, doğmaları ilə qarşılamağa üstünlük verdiyini deyib.



Xəbər xətti