Bu məlumatların internetdə yayılması QADAĞAN EDİLİR

13:00 19 Dekabr 2025

İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) ictimai mənəviyyatı təhqor edən məzmunda informasiyanın yerləşdirilməsinə yol verməməlidir.

Sitat.info Modern.az-a istinadən xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclası zamanı müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız İfadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verməməlidir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.



Xəbər xətti