Türkiyənin Nevşehir şəhərində baş verən hadisə ictimaiyyət arasında narahatlıq yaradıb.
Bir vətəndaşın çörəkxanadan aldığı çörəyin içindən səhər yeməyi zamanı jilet çıxıb. Hadisəni çörəyi yeyərkən fərq edən Muhammet Boyacı azyaşlı qardaşıoğlunun da bu çörəyi yeyə biləcəyini deyərək ciddi narazılığını bildirib.
Boyacı qeyd edib ki, baş verənlər çox təhlükəlidir və ağır fəsadlara səbəb ola bilərdi. O, məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini də açıqlayıb.
Hadisə ilə bağlı araşdırma aparılması gözlənilir./Milli.az/