Meyxanaçı Ağakərim dəfn edildi

12:32 20 Dekabr 2025

Meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib.

Sitat.info xəbər verir ki, əvvəlcə mərhumun Maştağada yerləşən vida mərasimi baş tutub.

Mərasimdə meyxanaçının sənət dostları, yaxınları iştirak edib.

Mərhumun nəşi Maştağada yerləşən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Kərim Novruzov ötən gün vəfat edib.



Xəbər xətti