Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

13:20 20 Dekabr 2025

Həbsdə olan meyxanaçı Rəşad Dağlı vəfat edən meyxanaçı Ağakərimin məzarına əklil göndərib.

Sitat.info Unikal-a istinadla xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yazılıb.

Mərhum meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Xəbər xətti