“Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır”

14:00 20 Dekabr 2025

Türkiyə noyabr ayında Azərbaycan-Gürcüstan sərhədində “C-130” hərbi-nəqliyyat təyyarəsi qəzasının araşdırılmasını davam etdirir.

Sitat.info “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Onun sözlərinə görə, Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) qəzaya uğramış təyyarənin “qara qutu”sunun araşdırılması işlərinə davam edir: “C-130” təyyarələrini 1964-cü ildən bəri istifadə edirik. O gündən indiyə qədər belə bir hadisə olmayıb. “C-130” dünyada ən təhlükəsiz təyyarələrdən hesab edilir və təxminən 70 ölkədə istismar olunur. Bu qəzadan sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün “C-130” təyyarələri yoxlamaya göndərilib. Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək.

Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq”.

Xatırladaq ki, noyabrın 11-i Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.



Xəbər xətti