"Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında birbaşa uçuşların aparılmasını istəyirik".
Sitat.info xəbər verir ki, bunu Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.
"Vaşinqton sazişini alqışlayırıq. Azərbaycan sülh və sabitlik baxımından nümunəyə çevrilməlidir. Biz əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıyıq və bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı niyyəti əks etdirir", - deyə nazir bildirib.