"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Baş Prokurorluqda ifadə verib.
Sitat.info Türkiyə mediasına istinadla xəbər verir ki, S.Saran İstanbul Cümhuriyyət Baş Prokurorluğunun narkotiklə bağlı apardığı istintaq çərçivəsində şübhəli şəxs qismində ifadəyə çağırılıb.
Məlumata görə, Saranın evində axtarış aparılıb. O, istintaqla bağlı Milandan İstanbula qayıdaraq bu gün səhər saatlarında Çağlayan Ədliyyə Sarayında ifadə verib. İfadə prosesi təxminən 2 saat davam edib.
Hazırda istintaq davam edir.