TƏBİB sədrinin rezonans doğuran AÇIQLAMASI - Bu xidmət qadağan olunur...VİDEO

14:50 20 Dekabr 2025

TƏBİB sədri Vüqar Qurbanovun son açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

 Sitat.info xəbər verir ki, V.Qurbanov kənd yerlərində tibb məntəqələrinin olmadığını, buna görə də, tibb bacılarının evlərdə tibbi xidmət göstərdiklərini bildirib. 

Ardınca TƏBİB sədri evdə tibbi xidmət göstərməyin yolverilməz olduğunu qeyd edib. 

Burada isə sual yaranır ki, əgər vətəndaşın sağlamlığında problemlem yaranıbsa və təcili müdaxilə tələb olunursa, tibb məntəqəsi olmadığı halda vətəndaş nə etməlidir? Tibb bacılarına evdə tibbi xidmətlərin göstərilməsini qadağan etmədən öncə, ölkə üzrə bütün kənd və qəsəbələrdə tibb məntəqələri açmaq və onları lazımi avadanlıqlarla və ixtisaslı kadrlarla təmin etmək gərəkməzmi? 

Doğrudur bəzən evdə vurulan iynələrin ölümə səbəb olduğu hallar da yaşanır. Ancaq alternativ əlçatan xidmət təmin olunmadıqda, insanların tibb bacılarına müraciət etməkdən başqa çarəsi qalmır. 

Həmin videonu oxucularımıza təqdim edirik: 

Gülxar

@sitat.info

TƏBİB sədrinin açıqlaması birmənalı qarşılanmadı ♬ original sound - Sitat.info xəbər portalı



Xəbər xətti