Türkiyə ərazisinə daha bir pilotsuz uçan aparat (PUA) düşüb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, PUA Balıkesir vilayətinin Manyas rayonunda boş əraziyə düşüb.
Rusiyaya məxsus olub-olmadığı dəqiq bilinməyən PUA texniki incələnmə üçün Ankaraya göndərilib.
Qeyd edək ki, ötən gün Rusiya istehsalı olan “Orlan-10” PUA-sının Türkiyənin Kocaeli vilayətinin İzmit şəhəri ərazisinə düşməsi ilə bağlı görüntülər yayılmışdı.