14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu

15:39 20 Dekabr 2025

Ağsuda yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş qanunazidd əməllərə görə 2 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Sitat.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, rayon sakinləri olan iki nəfər 2011-ci il təvəllüdlü G.M.-ya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədiblər.

Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V. İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Xəbər xətti