Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi

17:39 20 Dekabr 2025

Ukraynanın pilotsuz uçuş aparatları Belbekdəki (Krım) Rusiya hərbi aerodromuna hücum edib.

 
Sitat.info xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
 
Hücum nəticəsində iki "Su-27" təyyarəsi məhv edilib.
 
UTX-nin "Alfa" Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Krımdakı Belbek aerodromunda iki "Su-27" təyyarəsini məhv edib", - deyə məlumatda bildirilir.
 
Məhv edilmiş təyyarələrdən biri döyüş hücumuna hazır vəziyyətdə imiş.



Xəbər xətti