TBMM-də 2026-cı il büdcəsi və 2024-cü il yekun razılaşma qanunu ilə bağlı səsvermə zamanı millət vəkilləri arasında dava düşüb.
Sitat.info xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Məlumata görə, dava CHP fraksiyasının sədr müavini Murad Əmirin AKP millət vəkili Mustafa Varankaya hücum etdikdən sonra başlayıb:
“Münaqişə tezliklə hər iki partiyadan olan digər parlament üzvlərinin iştirak etdiyi kütləvi davaya çevrilib. Həmkarların müdaxiləsi sayəsində dava dayandırılıb”.