Futbol üzrə Azərbaycan II Liqasında XIV tura start verilib.
Sitat.info xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Araz Saatlı”ya 13 qol vuran “Qaradağ Lökbatan” liderliyi ələ keçirib. Digər matçlarda isə “Xankəndi” və “Quba” qələbə qazanıb.
II Liqa, XIV tur
22 dekabr
“Qaradağ Lökbatan” – “Araz Saatlı” 13:1
Qollar: R.Orucov, 1, 6, 20, 46, 54, F.Abbaslı, 8, 14, 26, İ.Hüseynov, 37, 44, T.Nəsibov, 47, R.Quliyev, 61, S.Allahquliyev, 83 - R.Əvəzov, 68
“Quba” – “Ağdaş” 6:1
Qollar: İ.İbrahimli, 3, N.Mollayev, 44, B.Köçərli, 54, V.Cəfərov, 77 (pen, 77, 90 - V.Nəsirov, 84
Qırmızı vərəqə: R.Əhmədov, 88 ("Ağdaş")
“Şəki Siti” – “Xankəndi” 1:2
Qollar: R.Məhərrəmov, 15 - B.Teymurov, 26, 90+1