Dani Alveş Portuqaliya klubunu alıb futbol karyerasını orada davam etdirmək istəyir.
Sitat.info xarici KİV-ə istinadla xəbər verir ki, cinsi təcavüz ittihamlarından bəraət alan"Barselona" və Braziliya milli komandasının keçmiş oyunçusu Dani Alveş Portuqaliyanın üçüncü divizion klubunu alıb orada oyunçu karyerasını davam etdirmək niyyətindədir.
2023-cü ilin yanvar ayının əvvəlində bir qadın Alvesə qarşı cinsi təcavüz ittihamı ilə polisə müraciət edib. Braziliyalı futbolçu dörd il altı ay həbs cəzasına məhkum edilib. 2024-cü ilin mart ayında Kataloniya Ali Məhkəməsinin apelyasiya şöbəsi onun 405 gün həbsdə qalmasından sonra hökmü yekdilliklə ləğv edib. Alvesin son klubu Meksika “Pumas”ı olub və klub onun müqaviləsini 2023-cü ilin əvvəlində qayda pozuntusu iddialarından sonra ləğv edib.
Mənbənin məlumatına görə, Alveş braziliyalı investorların köməyi ilə "San-Juan-de-Ver" klubunu almağa razılıq verib və 2026-cı ilin iyun ayına qədər meydana qayıtmaq üçün müqavilə imzalamaq imkanını nəzərdən keçirir.
42 yaşlı Alveş "Barselona" ilə altı İspaniya çempionluğu, dörd İspaniya Kuboku və Super Kuboku, üç Çempionlar Liqası titulunu qazanıb. O, həmçinin "Sevilya", "Yuventus", PSJ və Braziliyanın "Baiya" və "San-Paulo" komandalarında da oynayıb. Son həftələrdə Alveş İspaniyada yevangelist pastor kimi ictimaiyyət qarşısında görünüb.