İtaliyanın tənzimləyici qurumu "Apple” şirkətini "App Store” vasitəsilə məhsullarını təqdim edən şirkətlərin ziyanına bazar üstünlüyündən sui-istifadə etdiyinə görə 98 milyon avrodan çox məbləğdə cərimələyib.
Bu barədə İtaliyanın "ANSA” agentliyi məlumat yayıb.
Avropa Komissiyası və digər milli antiinhisar qurumları ilə birgə aparılan araşdırma göstərib ki, "App Tracking Transparency” (ATT) siyasəti – "Apple”ın iOS cihazlarında "App Store” üzərindən yayılan tətbiqlər üçün üçüncü tərəf tərtibatçılarına tətbiq etdiyi məxfilik qaydaları – məhdudlaşdırıcı xarakter daşıyır.
Açıqlamada bildirilir ki, ATT siyasəti çərçivəsində "Apple”ın tələbinə əsasən üçüncü tərəf tətbiq tərtibatçıları reklam məqsədləri üçün məlumatların toplanması və birləşdirilməsi ilə bağlı istifadəçilərdən ayrıca razılıq almağa məcbur edilirlər.
\apa