Rusiyanın Əməkdar artisti, tanınmış teatr və kino aktyoru Nikolay Denisov 80 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, sənətçi dekabrın 19-da Moskvada dünyasını dəyişib. Aktyorun ölümünə səbəb kimi insult keçirməsi göstərilir.
Xatırladaq ki, N. Denisov 1 oktyabr 1945-ci ildə anadan olub. 1970-ci ildə Leninqrad Teatr İnstitutunun Aktyorluq, Musiqi və Kinematoqrafiya fakültəsini bitirib. Karyerası ərzində Pskov Dram Teatrında və Leninqrad Vilayət teatrlarında çalışıb. 2005-ci ildən Sankt-Peterburq “Benefits” Dövlət Dram Teatrının aktyoru olub.
Qeyd edək ki, geniş tamaşaçı kütləsi onu xüsusilə “Sınıq fənərlər küçəsi” («Улицы разбитых фонарей»), “Müttəhim” («Глухарь») və “İzləyici” («Ищейка») kimi məşhur kriminal seriallardakı rolları ilə tanıyıb.