Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto

10:12 23 Dekabr 2025

 

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Baş Prokurorluğun idarə rəisidir.

Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.

 


 



Xəbər xətti