Neymar əməliyyat olundu

19:50 23 Dekabr 2025

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar dizindən əməliyyat olunub.

Sitat.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 33 yaşlı futbolçu noyabrın sonlarında “Mirasol”la heç-heçə (1:1) bitən qarşılaşmada dizindən zədə almışdı.

Klubun açıqlamasında bildirilir ki, futbolçu üzərində artroskopik menisk əməliyyatı aparılıb. Prosedur problemsiz keçib və idmançı hazırda özünü yaxşı hiss edir. Neymarın bazar ertəsi xəstəxanadan çıxacağı və fizioterapevt nəzarəti altında reabilitasiya prosesinə başlayacağı gözlənilir.

Qeyd edək ki, 2025-ci il mövsümündə Neymar “Santos” forması ilə ümumilikdə 27 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Komandası isə mövsümü 12-ci pillədə başa vurub.



Xəbər xətti