İran bu ölkəyə qaz tədarükünü dayandırdı

20:26 23 Dekabr 2025

İran İraqın elektrik stansiyaları üçün qaz tədarükünü dayandırıb.

Sitat.info xəbər verir ki, bu haqda İraqın Energetika Nazirliyi məlumat yayıb.

“İran tərəfi gözlənilməz hallara görə qazın tədarükünün tamamilə dayandırılması barədə Energetika Nazirliyinə teleqram göndərib”, - məlumatda bildirilir.

Tehran ölkədəki bir sıra enerji obyektlərində texniki nasazlıqlar səbəbindən tədarükün dayandırıldığına aydınlıq gətirib.



Xəbər xətti