Tramp iki türk lideri Mayamiyə dəvət etdi

20:50 23 Dekabr 2025

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan prezidentlərinin 2026-cı ildə Mayamidə keçiriləcək G20 sammitinə qonaq qismində iştirak etmək üçün dəvət olunacağını bəyan edib.

Sitat.info xəbər verir ki, o, bu barədə məlumatı "Truth Social" sosial şəbəkəsində verib.

"Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə çox gözəl iki telefon danışığım oldu. Biz davam edən münaqişələrdə sülhə nail olmağın vacibliyini, həmçinin ölkələrimiz arasında artan ticarət və əməkdaşlığı müzakirə etdik. Ölkələrimiz arasındakı münasibətlər çox yaxşıdır", - deyə Tramp bildirib.

O qeyd edib ki, gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək:

"Hər iki liderə Mayamidə baş tutacaq bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmaq üçün dəvət göndərəcəyik".



Xəbər xətti