“Neftçi”nin və “Zenit”in keçmiş baş məşqçisi Vlastimil Petrjela Sankt-Peterburq klubunun keçmiş oyunçusu Vladislav Radimovun sözlərinə münasibət bildirib.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, Radimov əvvəllər bildirmişdi ki, Petrjela Rusiyada işlədiyi müddətdə kazino qumarbazı olub.
“Mən bir dəfə Monakoda kazinoya getmişəm və bir neçə dəfə Sankt-Peterburqda oynamışam. Amma qumar aludəçisi deyiləm. Sonuncu dəfə kazinoda təxminən iyirmi il əvvəl oynamışam və bu, Sankt-Peterburqda olub. Boş vaxtım var idi, bəs niyə getməyək?”
“Zenit” oyunçularından Arşavin və Radimov nadir hallarda kazinoda oynayırdılar. Bütün rusiyalı oyunçular poker oynamağı sevirdilər, amma tərcüməçi İvan Jidkov mənimlə ən çox oynayan idi. Amma bir daha deyirəm: mən qumar aludəçisi deyiləm, iyirmi ildir ki, oynamıram və bu, məşqçiliyimə mane olmayıb”, – Petrjela bildirib.