İordaniyanın vəliəhd şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sitat.info xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".