Bakıda 45 yaşlı kişi öldürüldü - Saxlanılan var

15:11 26 Dekabr 2025

Dekabrın 26-sı saat 03 radələrində Xətai rayonu NZS qəsəbəsində qətl törədilib.
 
Sitat.info xəbər verir ki, 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb.
 
Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
"Qafqazinfo”



Xəbər xətti