Bəşər Əsəd Azərbaycana qarşı qeyri-dost hərəkətlər etmişdi - Nazir

16:00 26 Dekabr 2025

1 il əvvəl Suriyada baş verən dəyişikliklər Azərbaycan və Suriya münasibətini də inkişaf etdirib.

Sitat.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazir qeyd edib ki, Suriyada baş verən dəyişikliklər Azrbaycan üçün müsbət hal idi.

“2012-ci ildən Azərbaycan ilə Bəşər-Əsəd rejimi arasında heç bir münasibət qalmadı. Bunun səbəbi Bəşər-Əsəd rejiminin Azərbaycana qarşı qeyri-dost hərəkətləri idi. Lakin Suriyada baş verən dəyişikliklərdən sonra iki ölkə arasında münaisbətlər normallaşıb”.

Nazir avqust ayından etibarən Suriyaya verilən qaz ixracının önəmindən də danışıb.

“Bu Suriyanın enerji elektrik asıllığını ciddi şəkildə azaldır” – deyə o vurğulayıb.  

 



Xəbər xətti