Metroda retro vaqonlar nümayiş olunacaq

16:11 26 Dekabr 2025

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında retro vaqonlar yenidən nümayiş olunacaq.

Sitat.info bu barədə səhmdar cəmiyyətinə  istinadən xəbər verir.

Bildirilib ki, qonaqlar dekabrın 27-dən 30-dək xüsusi görünüşlü, qeyri-adi formalı vaqonlarla yaxından tanış ola, tarixləri haqda maraqlı məlumatlar ala, qatarın salonunda şəkil və video çəkərək xəyalən keçmişə səyahət edə bilərlər. "Retro vaqonlar qarşıdakı 4 gündə səhər saat 10:00-dan axşam saat 22:00-a qədər sərnişinlərin ziyarətinə açıq olacaq.

Bundan əlavə, dekabrın 30-31-də Bakı metropoliteninin stansiyalarında Yeni ilin rəmzləri sayılan Şaxta baba və Qar qız balaca sərnişinlərimizin görüşünə gələrək onları əyləndirəcək, azyaşlılara simvolik bayram hədiyyələri təqdim edəcəklər", - məlumatda qeyd olunub.

 



Xəbər xətti