Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanda ABŞ lideri Donald Trampla sülh planı ilə bağlı görüş keçirəcək.
Sitat.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ona ABŞ tərəfi ilə növbəti təmasları barədə məruzə edib:
"Bir gün belə itirmirik. Ən yüksək səviyyədə - Prezident Trampla yaxın zamanda görüşmək barədə razılığa gəldik. Yeni ilə qədər bir çox məsələlər həll oluna bilər”.