Tailand ordusu bir neçə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

16:35 26 Dekabr 2025

Tailand ordusu Kamboca ilə sərhəddə baş verən münaqişə zamanı Sakeu bölgəsinin əsas ərazilərinə nəzarəti ələ keçirib.
 
Sitat.info xəbər verir ki, bu barədə Tailand ordusu məlumat yayıb.
 
"Burafa" xüsusi təyinatlı qüvvələri Ban-Kxlonq-Pxenq, Ban-Nonq-Ya-Keu və Ban-Nonq-Çan yaşayış məntəqələrini nəzarətə götürüb. Qoşunlar cəbhə xətti boyunca mövqe tutmağa hazırlaşır. Ərazini nəzarətdə saxlamaq və mövqeləri qorumaq üçün qarşı tərəfin hücumlarına cavab veriləcək", - deyə Tailand ordusundan bildirilib.



Xəbər xətti