“AtaSığorta” şirkətinin sığorta satışları dayandırılır.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Banki (AMB) məlumat yayıb.
Məlumata görə, AMB AtaSığorta ASC-nin maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə şirkətə icrası məcburi olan göstəriş verilib.
Göstərişə əsasən AtaSığorta ASC-ə yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.