FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi - Foto

17:33 26 Dekabr 2025

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil dünyasını dəyişib.

Sitat.info  Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, vəfat edib.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.



Xəbər xətti