İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

17:40 26 Dekabr 2025

Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimal olunur.



Xəbər xətti