Xaçmazda körpə evdə doğuş zamanı ölüb. Sitat.info Report-a istinadla xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb. Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.