Bu küçədə hərəkət zolaqları 3-ə çatdırıldı

16:26 27 Dekabr 2025

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə yeni layihə icra olunub.

Sitat.info xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, küçədə hərəkət zolaqlarının nişanlanması yekunlaşıb.

Dəyişiklik nəticəsində Abbasqulu ağa Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində darboğaz effekti aradan qaldırılıb, hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb.



Xəbər xətti