Qadın işlədiyi salonda qəfil öldü

18:00 27 Dekabr 2025

Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.

 

Sitat.info xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova çalışdığı gözəllik salonunda qəfil dünyasını dəyişib.

 

İlkin ehtimala görə, qadının ölümünə ürəktutma səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti