Kubinkada evləri sakinlərin başına uçururlar - Video

19:50 29 Dekabr 2025

Bu görüntülər Bakının Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə, Balabala Məcidov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində çəkilib.

Sitat.info xəbər verir ki, sakinlər qeyd ediblər ki, “Vialon” tikinti şirkəti içərisində yaşayış ola-ola sakinlərin evlərini başlarına uçurur. Kompensasiya verilməməsi səbəbindən sakinlər evlərini tərk etməyib. Şirkət isə əraziyə buldozerlər cəlb edərək, evləri sökür və sakinlərin köçməsi üçün onlara təzyiqlər edir. Söküntü zamanı sakinlərdən biri xəsarət alıb.

Baku Post TV hadisəylə bağlı “Vialon” MMC-ilə əlaqə saxlamağa çalışsa da, şirkətdən zənglərə cavab vermədilər:



Xəbər xətti