Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info “Unikal”a istinadən xəbər verir ki, Nadirkənd kəndi ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü, Kələk kənd sakini 1986-cı il təvəllüdlü A.Hüseynov və onun övladı 2008-ci il təvəllüdlü S.Hüseynov həlak olub.
Sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü L.Əliyeva və 2014-cü il təvəllüdlü Y.Hüseynova isə müxtəlif xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.