Faciəvi şəkildə ölən ata-oğul və sürücünün - Fotosu

10:01 7 Yanvar 2026

Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.

Sitat.info faciəvi şəkildə həlak olan sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri - 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlanın fotosunu təqdim edir:

Qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.

Bildirilib ki, C.Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.

T.İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş./Qafqazinfo

Fotoda: Vüqar İmanov

Fotoda: Tərlan İmanov

Fotoda: Coşqun Məmmədov

 



Xəbər xətti