Bakıda maşın qadını vurub öldürdü

10:25 8 Yanvar 2026

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, 1994-cü il təvəllüdlü Səlim Etibar oğlu Əliyevin idarə etdiyi "Mersedes Benz e400" markalı avtomobillə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulovanı vurub.

Piyada Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, A.Rəsulova ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.



Xəbər xətti