Pensiyalar bu tarixdə ödəniləcək

14:06 9 Yanvar 2026

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

Sitat.info xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-10-u verilirdi.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb



Xəbər xətti