Moskva-İrəvan aviareysində yanğın oldu - VİDEO

20:56 10 Yanvar 2026

Moskva-İrəvan aviareysində yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, əl baqajı uçuş zamanı alovlanıb. Şahidlərin sözlərinə görə, stüardessalar alovu üç yanğınsöndürən balonla söndürüblər.

İlkin məlumatlara görə, çantadakı enerji bloku alovlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və uçuş istiqamətini dəyişməyib.

"FlyOne Armenia" təyyarəsi Ermənistan paytaxtına təhlükəsiz eniş edib.



Xəbər xətti