Bakıda məşhur restoranın tavanı çökdü: yaralılar var

13:46 12 Yanvar 2026

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.

Sitat.info Gününsəsi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində restoranda çalışan işçilər xəsarət alıblar.

Yaralanan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, həmin işçilərin başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.



Xəbər xətti