Naxçıvanda dəm qazı sızması nəticəsində türkiyəli iki tələbə ölüb - FOTO

23:01 14 Yanvar 2026

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.

Sitat.info xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə - Ahmet və Büşra həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti